İctimai oferta kollec Devducation

Hazırkı ictimai oferta oferent KESMATY L.L.C-FZ (şirkət BƏƏ-də qeydiyyata alınıb, Dubay, Meydan sərbəst zonası) bundan sonra mətn üzrə ifadə edilmiş şərtlərlə xidmətlərin alınmasında maraqlı olan istənilən şəxs (bundan sonra mətn üzrə - İstifadəçi) ilə müqavilə bağlamaq təklifidir. Ödənişlər Ödəmə agenti olan JM Financial Brokerage Services Co (şirkətin nömrəsi 355893) tərəfindən emal edilir.

Bu ictimai ofertanın aksepti altında deveducation.com saytında (bundan sonra - Sayt) qeydiyyat hərəkətlərinin aparılması başa düşülür, bu zaman İstifadəçi öz fərdi məlumatlarını açıq şəkildə göstərir və ya bu cür məlumatlar kənar servislərdən (Sosial şəbəkələr, Mesencerlər, Rabitə operatorlarından və s.) avtomatik olaraq ötürülür.

Hazırkı ofertanı qəbul edərək, İstifadəçi seçdiyi İnformasiya materiallarının növündən istifadə üçün texniki imkanın olduğunu təsdiqləyir.

Qeydiyyat hərəkətləri aşağıdakı şəkildə aparılır:

  • Fərdi məlumatlar (adı, soyadı, telefon nömrəsi, elektron poçt ünvanı və ya digər məlumatlar) göstərilməklə Saytın səhifəsində formaları doldurmaq.
  • Sosial şəbəkələrdə (Facebook, Instagram) (və ya qrupun səhifəsini “like” etmək və yaxud qrupa “abunə” olmaq, və ya qrupa daxil olmaq üçün dəvəti qəbul etmək) Servisin qrupuna daxil olmaq.
  • Saytın səhifəsində Servisin qrupu daxilində Sosial şəbəkəyə quraşdırılmış formanı doldurmaq.
  • Servisin Sosial şəbəkədəki qrupuna mesaj göndərmək və ya qrupun digər mesajına şərh yazmaq.
  • Kontaktlar siyahısına qoşmaq, əlavə etmək və ya Mesencerdə (Telegram, Viber, WhatsApp, Facebook Messenger, Instagram) Servisin avtomatik əlaqəsini (“botu”) işə salmaq.

Mesencer vasitəsilə Servisin kontaktına (o cümlədə “bota” və telefon nömrəsi ilə) bildiriş göndərmək.

  • Servisin elektron poçt ünvanlarına email-bildirişi göndərmək.
  • Servisin telefon nömrələrinə telefon zəngi etmək.
  • Servisin telefon nömrələrinə SMS-bildirişi göndərmək.

Hazırkı ictimai oferta qəbul edildikdə, Saytda məlumat almaq və/və ya Servisin pullu və ya pulsuz xidmətlərinə girişi almaq və/və ya Saytda hər hansı digər hərəkətlər etmək niyyətində olan şəxs aşağıdakıları başa düşür və təsdiqləyir ki,:

  • İctimai ofertanın mətni aydındır, ictimai ofertanın qəbulu anı üçün xidmətlərin İstifadəçinin hər hansı sualı yoxdur.
  • Tərəfi fərdi məlumatların subyekti olan müqavilənin icrası üçün zəruri olduqda fərdi məlumatların emalına yol verilir. Hazırkı ictimai ofertanın qəbulu Servisin xidmətlərini almaq istəyən şəxsin fərdi məlumatlarının emalına razılıq deməkdir.
  • Servis, əlaqə məlumatlarından (İstifadəçi tərəfindən qeydiyyat zamanı və ya Servisin digər istifadəsi zamanı açıq şəkildə göstərilən fərdi məlumatlar, eləcə də kənar servislərdən (Sosial şəbəkələr, Mesencerlər, Rabitə operatorları) avtomatik olaraq əldə edilən məlumatlardan istifadə edərək Servisdə qeydiyyatda olan İstifadəçiyə reklam-informasiya xarakterli bildirişlər göndərmək hüququna malikdir.

Reklam-informasiya bildirişləri aşağıdakı yollar ilə göndərilə bilər:

1. email-bildirişinin göndərilməsi;

2. SMS-bildirişin göndərilməsi;

3. bildirişlərin Mesencerlər vasitəsilə göndərilməsi;

4. bildirişlərin Sosial şəbəkələr vasitəsilə göndərilməsi;

5. telefon zəngləri, o cümlədən avtomatik zənglər vasitəsilə göndərilməsi

  • Servis yalnız öz xidmətləri və təklifləri barədə reklam-informasiya xarakterli göndərişlər etməkdən əlavə, həm də tərəfdaşlarının, yəni hüquqi şəxslərin, fərdi sahibkarların, fərdi işləyən vətəndaşların və Servis ilə əməkdaşlıq edən şəxslərin reklam-informasiya xarakterli göndərişlərini həyata keçirmək hüququna malikdir.

Hazırkı ictimai oferta ilə tənzimlənməyən bütün məsələlər qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll olunur.

Onlayn-məktəb xidmətlərinin təqdim edilməsinə dair müqavilə

(əhəmiyyətli şərtlər)

1. Terminlər və təriflər

1.1. “Onlayn-məktəb” – Servisdə yerləşdirilmiş, İnternet şəbəkəsi vasitəsilə məlumatların təqdim edilməsi xidmətidir.

1.2. “Servis”— ünvanında və digər texniki vasitələri ilə Onlayn-məktəbin fəaliyyətinin təmin edildiyi internet-saytıdır.

1.3. “Onlayn-kurs” – İnternet şəbəkəsində nümayiş etdirmək üçün xüsusi olaraq yaradılmış və müəyyən sayda Dərsdən ibarət məlumat əsəri, o cümlədən audiovizual əsərdir.

1.4. “Dərs” – Onlayn-kursun informasiyasının bir hissəsini məntiqi şəkildə birləşdirən və, ehtiyac olduqda, növbəti Dərslərə girişi məhdudlaşdıran və ya onlayn-kursu Keçmək imkanına digər məhdudiyyətlər qoyan tələbləri (tapşırıqları) daxil edən hissəsidir.

1.5. “Onlayn-kursu keçmək” — Onlayn-kursda olan məlumatları və ya bilikləri, və yaxud bacarıqları əldə etməyə yönəlmiş, həmçinin dərslərdən məcburi və ya məcburi olmayan tapşırıqların yerinə yetirilməsini daxil edən onlayn-kursun məlumatlarının istehlakı prosesidir.

1.6. “Şagird”, və ya “İstifadəçi”— Saytda təqdim olunmuş bütün xidmətlərdən və bütün məlumatlardan istifadə etmək imkanı üçün ictimai ofertanı qəbul etmiş fiziki şəxsdir.

1.7. “Şagirdin səhifəsi” — şagirdin Servisdəki şəxsi məkanıdır.  Şagirdin səhifəsi şəxsləndirilmişdir.

1.8. “Müəllim” — məlumatları təqdim etmək və/və ya Şagirdlərin Servisdəki cavablarını yoxlamaq xidmətlərini göstərən şəxsdir.

1.9. “Şagirdin cavabı” — Şagirdin yerinə yetirdiyi və yoxlaması üçün Müəllimə təqdim etdiyi tapşırıqdır. Yoxlama Müəllim tərəfindən və ya avtomatik rejimdə aparıla bilər. Yoxlama nəticəsində cavab rədd edilə bilər ki, bu da Tapşırığın yerinə yetirilməməsi kimi hesab oluna bilər və Onlayn-kursu keçməyə məhdudiyyət qoya bilər.

1.10. “Stop-dərs” — Şagirdin Stop-dərsdə göstərilən tələbləri yerinə yetirənədək növbəti dərslərə girişini məhdudlaşdıran dərsdir.

1.11. “Vebinar” —  Onlayn-kursun müəlliminin iştirakı ilə keçirilən interaktiv onlayn-tədbir və ya belə bir onlayn-tədbirin yazısıdır.

1.12. “Servisin inzibatçısı” — ofertanın təşəbbüskarı olan, Onlayn-kurslara və/və ya Vebinarlara giriş xidmətlərini göstərən və Şagirdlərin hərəkətlərinə nəzarət edən şəxsdir.

1.13. “Onlayn-kursu keçmək üçün şərtlər” — Şagirdlərin Onlayn-kursa girişi əldə etmək üçün şərtləri müəyyən edən və onlayn-kursu keçərkən Şagirdə təqdim olunan imkanları müəyyən edən tələblər və məhdudiyyətlər toplusudur. Fərqli tələbələrə fərqli tələblər ola bilər və fərqli imkanlar təqdim edilə bilər.

2. Müqavilənin predmeti

2.1. Hazırkı Müqavilənin predmetinə aşağıdakılar aiddir:

  • Şagirdlərin məlumat əldə etməsi üçün Onlayn-kurslara giriş xidmətinin təqdim edilməsi;
  • Vebinarlara giriş xidmətinin təqdim edilməsi;
  • Şagirdin tapşırığı düzgün yerinə yetirməsini yoxlamaq üçün Şagirdin Cavabının yoxlanılması xidmətinin təqdim edilməsi. Şagirdin cavabının yoxlanılması xidməti müvafiq Onlayn-kurs və Onlayn-kursu keçmək üçün Şərtlər ilə nəzərdə tutulduğu təqdirdə təqdim olunur.

3. Xidmətlərin göstərilmə qaydası

3.1. Onlayn-kursa giriş xidmətinin təqdim edilməsi aşağıdakı kimi aparılır:

  • Onlayn-kursa giriş Şagirdin səhifəsində təqdim edilir. İstifadəçi seçdiyi Onlayn-kursa “mövcud olduğu şəkildə” giriş əldə edir və Servisin inzibatçısı hər hansı zəmanət vermir və xidmətlərin müəyyən məqsədlərə və/və ya İstifadəçinin gözləntilərinə (o cümlədən kontentin aktuallığına görə) uyğunsuzluğa görə məsuliyyət daşımır.
  • Onlayn-kursa giriş Onlayn-kursu küçmək üçün şərtlər ilə müəyyən edilmiş müddət ilə məhdudlaşdırıla bilər.
  • Servisin inzibatçısı Onlayn-kursa giriş müddətini dəyişdirmək hüququna malikdir.
  • Onlayn-kurs bir və ya daha çox Stop-dərs daxil edə bilər. Stop-dərslərin sayı Servisin inzibatçısı tərəfindən müəyyən edilir.
  • Şagird Stop-dərsin tələblərini və ya Onlayn-kursu keçmək üçün Şərtləri ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirmədikdə, Şagird lazımi tələbləri yerinə yetirənədək, lakin Onlayn-kursa giriş müddəti çərçivəsində və Onlayn-kursu keçmək üçün Şərtlərə uyğun olaraq Onlayn-kursun sonrakı dərslərinə giriş verilmir.

3.2. Servisin inzibatçısı ilə qarşılıqlı razılığa əsasən, Onlayn-kurs üçün müəyyən edilmiş müddətdə Şagird hər hansı bir üzrlü səbəbdən

Onlayn-kursu keçmək Prosesini yerinə yetirə bilmədiyi təqdirdə, Şagirdə  Onlayn-kursa girişi uzatmaq imkanı verilə bilər.

3.3. Vebinarlara giriş xidmətinin təqdim edilməsi aşağıdakı kimi icra edilir:

  • Vebinarlar canlı yayımda və ya qeyddə, o cümlədən Müəllim və digər tamaşaçıların hərəkətlərinin təqlidi ilə keçirilir. Vebinara girişi əldə etmək qaydası Servisin inzibatçısı tərəfindən müəyyən edilir.
  • Vebinar başa çatdıqdan sonra Şagirdlərə vebinarın qeydi təqdim oluna bilər. Vebinarın qeydinə girişin təqdim edilməsi qaydası Servisin inzibatçısı tərəfindən müəyyən edilir.
  • Texniki imkan olduqda, Servisin inzibatçısı Şagirdə Vebinar zamanı Müəllimlə xüsusi ünsiyyət (çat) formasını təqdim edir.

4. Xidmətlərin dəyəri və ödəniş qaydası

4.1. Onlayn-kurs və/və ya Vebinarın dəyərinin ödənilməsi faktı deməkdir ki, Şagird Servisdə Onlayn-kurs və/və ya Vebinar haqqında təqdim olunan məlumatlarla tanış olub və razılaşır, Onlayn-kursu keçmək və/və ya Vebinarı dinləmək niyyətindədir.

4.2. Xidmətlərin ödənişi, barələrində Servisdə məlumat verilən ödəmə sistemləri vasitəsi ilə həyata keçirilməlidir.

4.3. Onlayn-kursu və/və ya Vebinarı seçdikdən sonra Şagirdin səhifəsində ödəniş üçün hesab yaranır.  Servis ödəniş üçün hesabın dublikatını Şagirdin elektron poçt ünvanına və ya İstifadəçinin məlum əlaqə məlumatlarından istifadə edərək digər yollar ilə Şagirdə göndərə bilər.

4.4. Ödəniş üçün hesabda və ya Şagirdin səhifəsində başqa müddət göstərilmədiyi halda, ödəniş üçün hesab alındığı gündən 3 (Üç) iş günü ərzində Şagird tərəfindən ödənilməlidir.

4.5. Ödəniş gecikdirildikdə, Şagirdə Onlayn-kurs və/və ya Vebinara girişi təqdim edilmir.

4.6. Hesabın qismən ödənilməsinə və qismən ödəmə zamanı xidmətlərin göstərilmə şərtlərinə Servisin inzibatçısının qərarı ilə yol verilir.

4.7. Servis Onlayn-məktəb ilə əlaqəli əlavə xidmətlər göstərə bilər. Xidmət, onun dəyəri, keçirilmə müddətləri barədə ətraflı informasiya və digər vacib məlumatlar Servisdə göstərilə bilər. Belə əlavə xidmətlərin ödənilməsi faktı Şagirdin Servisdə təqdim olunan xidmətlər barədə bütün məlumatlarla razılaşması deməkdir. Əlavə xidmətlər haqqında informasiyada başqa cür göstərilmədiyi halda, Onlayn-kurslar və ya Vebinarlar haqqında bütün müddəalar əlavə xidmətlərə tətbiq olunur.

5. Məsuliyyət

5.1. Şagird qeydiyyatdan keçərkən göstərdiyi məlumatlarda uyğunsuzluğa görə məsuliyyət daşıyır və səhv göstərilmiş məlumatlar ilə bağlı arzuolunmaz nəticələrin bütün riskini dərk edir. Servisin inzibatçısı Şagird tərəfindən verilən məlumatların etibarlığını yoxlamır.

5.2. Şagird Servisdə fotoşəkil, şəkil, rəsm, məqalə, loqotip, hüquqi mühafizə verilmiş digər obyektlər kimi əqli mülkiyyət obyektlərinin yerləşdirilməsinə görə məsuliyyət daşıyır. Servisin inzibatçısına üçüncü şəxslər tərəfindən adıçəkilən obyektlərə dair iradlar irəli sürüldüyü halda, Şagird onları müstəqil şəkildə həll etməlidir.  Servisin inzibatçısına qarşı hüququn müdafiəsi haqqında iddia irəli sürüldüyü, və bunun nəticəsində Servisin inzibatçısı zərər gördüyü halda, Şagird Servisin inzibatçısı bu cür zərərin ödənilməsi haqqında tələb təqdim edildiyi gündən bir ay ərzində onu ödəməlidir.

5.3. Şagird Servisin təqdim etdiyi Onlayn-kursun və/və ya Vebinarın  və/və ya digər audiovizual məlumatların həm bütövlükdə, həm də hər hansı bir hissəsinin kopyalanması və daha sonra yayılmasına görə məsuliyyət daşıyır.  Hazırkı bənddə göstərilən pozuntular aşkar edildikdə, Servisin inzibatçısı Şagirdə müvafiq iradını irəli sürməklə onun səhifəsini (xidmətlərin göstərilməsinin dayandırılması da daxil olmaqla) bloklaya, habelə hüquqlarının müdafiəsi üçün məhkəmə orqanına müraciət edə və Şagirddən məhkəmə qaydasında zərər və ya kompensasiya ala bilər. Şagirdin informasiya məhsullarının birgə satınalma (şəriklik) servislərində Onlayn-kursun iştirakçısı və/və ya yayıcısı olduğu müəyyən edilərsə, Şagird Servisin inzibatçısına 15 316,00 (on beş min üç yüz on altı) ABŞ dolları məbləğində cərimə ödəməli olacaq. Şagirdin “informasiya məhsullarının birgə satınalma servisi” tərifinə düşməyən digər resurslarda Onlayn-kursun (Onlayn-kursun hissələri daxil olmaqla) yayıcısı olduğu müəyyən edilərsə, Şagird Servisin inzibatçısına tam yaymağa görə 7 658,00 (yeddi min altı yüz əlli səkkiz) ABŞ dolları və hər bir qismən yayma halına görə 459,00 (dörd yüz əlli doqquz) ABŞ dolları məbləğində cərimə ödəməli olacaq.

5.4. Şagird üçüncü şəxslərə öz səhifəsinə giriş təqdim etdiyinə görə cavabdehdir. Üçüncü şəxslərə girişi təqdim etdikdə, Şagird hər bir pozuntu hadisəsinə görə Servisin inzibatçısına 4 594,00 (dörd min beş yüz doxsan dörd) ABŞ dolları məbləğində cərimə ödəyir.

6. Servisin xidmətindən imtina

6.1. Şagird Onlayn-kursu və ya digər xidməti ödədiyi, lakin daha sonra Onlayn-kursu Keçməkdən və ya Servisin digər ödənişli xidmətindən imtina etmək qərarına gəldiyi halda, o, ödəniş edildiyi andan 7 gündən gec olmayaraq Servisdə göstərilən əlaqə vasitəsi ilə Servisin İnzibatçısına müvafiq xəbərdarlıq göndərməklə bu qərarını bildirməlidir.

6.2. 100$ az ödənişlər geri qaytarılmır. 100$ yuxarı ödənişlər üçün pul vəsaitlərinin olaraq bütün qaytarılmaları platformadan istifadəyə görə 50$ və Şagirdin xidmətlərin ödənilməsi üçün istifadə etdiyi ödəniş sistemlərinin komissiyaları çıxılmaqla Şagirdə geri köçürülür. Qaytarılma, yalnız Şagird ödənişi icra etdikdən sonra 7 gün ərzində Servisin xidmətlərindən imtina etdiyi halda həyata keçirilir.

6.3. Servisdən imtina barədə bildiriş göndərilərkən, Şagird yaşının Şirkət tərəfindən təsdiq edilməsi üçün şəxsiyyəti təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi) əlavə etməlidir.

6.4. Qaytarılma Şirkət tərəfindən təsdiq edildiyi tarixdən 45 iş günü ərzində vəsaitlər Şagirdə qaytarılacaq.

6.5. Qaytarılma, Şagird xidmətləri ödəyərkən istifadə etdiyi eyni üsul və eyni rekvizitlərə həyata keçirilir.

7. Xüsusi şərtlər

7.1. Servis Şagirdlərin cavablarını hər hansı məhdudiyyət olmadan istənilən şəkildə istifadə etmək hüququna malikdir.

7.2. Şagirdin tələbi ilə Onlayn-kursun dəyişdirilməsi yalnız Servisin inzibatçısının qərarı ilə və belə bir imkan olduqda, ələlxüsus, Onlayn-kursda boş yerlər olduqda həyata keçirilir.

8. Yekun müddəalar

8.1. Hazırkı Saziş müddətsiz olaraq qüvvədədir.

8.2. Mübahisəli məsələlərdə Tərəflər mübahisələrin məhkəməyəqədər qaydada tənzimlənməsi prosedurları barədə razılığa gəliblər.

8.3. Servisin ünvanına olan irad, məktubun mövzu sətrində “Mübahisəli məsələ” yazılmaqla, Servisdə göstərilən elektron poçt ünvanına göndərilməlidir. Servisin inzibatçısı iradını Şagirdin qeydiyyatdan keçərkən göstərdiyi elektron poçt ünvanına göndərir.

8.4. Servis və ya Şagird iradı aldığı gündən 35 (Otuz beş) gün ərzində mübahisəli məsələ ilə bağlı razılaşma olmadıqda, maraqlı tərəf Birləşmiş Ərəb Əmirliklərinin (Dubay) məhkəmə orqanına müraciət etmək hüququna malikdir.

8.5. Servis telekommunikasiya və enerji şəbəkələrində baş verən nasazlıqlara və ya Servisin fəaliyyətini təmin edən avadanlığın nasazlıqlarına; hazırkı Sazişin icrasında iştirak edən şəbəkənin həm ümumi, həm də ayrı-ayrı seqmentlərində İnternet şəbəkəsinin işinin dayandırılmasına və ya müvəqqəti dayanmasına səbəb olan zərərli proqramların hərəkətləri; üçüncü şəxslərin icazəsiz girişə və (və ya) Servisin sıradan çıxarılmasına yönəlmiş qanunsuz hərəkətlərinə görə məsuliyyət daşımır.

8.6. Hazırkı Saziş istənilən vaxt Servisin inzibatçısı tərəfindən dəyişdirilə bilər, buna görə İstifadəçinin üzərinə hazırkı Sazişin mətninin aktuallığını həftəlik yoxlamaq və dərc edilmiş bütün dəyişiklikləri diqqətlə oxumaq öhdəliyi qoyulur.

8.7. Servisin inzibatçısı hazırkı Sazişin mətninin dəyişdirilməsi barədə İstifadəçini qabaqcadan xəbərdar etmək üçün, ələlxüsus, qeydiyyatdan keçərkən göstərilən elektron poçt ünvanlarına məlumatlandırma xarakterli bildirişlər göndərməklə bütün zəruri tədbirləri görəcəkdir. Bununla belə, İstifadəçinin hazırkı Sazişi mütəmadi olaraq nəzərdən keçirmək öhdəliyi prioritetdir və Şagird müvafiq bildirişi almadığını əsas gətirərək Servisin rəhbərliyinə dəyişikliklər ilə razılaşmadığına dair iradlar bildirə bilməz.

8.8. Servisin inzibatçısı Şagirdə Onlayn-kurs və/və ya Vebinara girişi pulsuz olaraq təqdim etdikdə, bu cür xidmətlərə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun şamil edilmir.

8.9. Servis, hər hansı bir axtarış sisteminin axtarış robotunun Şagirdin öz səhifəsində yerləşdirdiyi şəklini göstərməsinə görə məsuliyyət daşımır.