Məxfilik siyasəti аkademiyanın DevEducation

  1. 1. Ümumi müddəalar

    Şəxsi məlumatların emalı haqqında həmin siyasət sizin şəxsi məlumatların emalı qaydasını və şəxsi məlumatlarınızın təhlükəsizliyinin təmin olunması tədbirlərini müəyyənləşdirir (bundan sonra – “Operator”).
    Operatorun əsas məqsədi və fəaliyyətini həyata keçirmə şərti insanın və vətəndaşın şəxsi məlumatlarının emalı zamanı onun hüquq və əsas azadlıqlarına, o cümlədən şəxsi həyatın, şəxsi və ailə sirrinin toxunulmazlığı hüququna riayət etməkdir.
    Şəxsi məlumatların emalı sahəsində Operatorun bu siyasəti (bundan sonra – “Siyasət”) https://deveducation.com/ veb-saytı ziyarət edənlər haqqında ala biləcəyi bütün informasiyaya tətbiq olunur.

  2. 2. Siyasətdə istifadə olunan əsas anlayışlar

    Şəxsi məlumatların avtomatlaşdırılmış emalı – hesablama texnikası vasitəsilə şəxsi məlumatların emalıdır;
    Şəxsi məlumatların blok edilməsi – şəxsi məlumatların emalının müvəqqəti dayandırılmasıdır (şəxsi məlumatların dəqiqləşdirilməsi üçün onların emalının tələb olunduğu hallar istisna olmaqla);
    Veb-sayt – qrafik və informasiya materiallarının, eləcə də EHM və internet şəbəkəsinin https://deveducation.com/ şəbəkə ünvanında onların əlçatanlığını təmin edən verilənlər bazası üçün proqramların məcmusu; Şəxsi məlumatların informasiya sistemi — verilənlər bazasında olan şəxsi məlumatların və onların emalını təmin edən informasiya texnologiyaları və texniki vasitələrin məcmusu;
    Şəxsi məlumatların şəxssizləşdirilməsi — əlavə məlumatdan istifadə etmədən şəxsi məlumatların konkret İstifadəçiyə və ya şəxsi məlumatların digər subyektinə aid olduğunu müəyyən etməyin mümkün olmadığı hərəkətlər; Şəxsi məlumatların emalı – avtomatlaşdırma vasitələridnən istifadə etməklə və ya bu cür vasitələri istifadə etmədən şəxsi məlumatlarla yerinə yetirilən istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu, o cümlədən şəxsi məlumatların toplanması, qeydə alınması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), götürülməsi, istifadəsi, ötürülməsi (yaylması, təqdim olunması, əlçatanlığı), şəxssizləşdirilməsi, blok edilməsi, silinməsi, məhv olunması;
    Operator – şəxsi məlumatların emalını müstəqil və ya digər şəxslərlə birlikdə təşkil edən və (və ya) həyata keçirən, eləcə də şəxsi məlumatların emal məqsədlərini, emal olunmalı olan şəxsi məlumatların tərkibini, şəxsi məlumatlarla yerinə yetirilən hərəkətləri (əməliyyatları) müəyyən edən dövlət orqanı, bələdiyyə orqanı, hüquqi və ya fiziki şəxs;
    Şəxsi məlumatlar – https://deveducation.com/ veb-saytının müəyyən İstifadəçisinə və ya müəyyən olunan İstifadəçisinə birbaşa və ya dolayısı ilə aidiyyəti olan istənilən informasiya; İstifadəçi – https://deveducation.com/ veb-saytının istənilən ziyarətçisi;
    Şəxsi məlumatların təqdim olunması – şəxsi məlumatların müəyyən şəxsə və ya müəyyən şəxslər dairəsinə açıqlanmasına yönəlmiş hərəkətlər; Şəxsi məlumatların yayılması – şəxsi məlumatların qeyri-müəyyən şəxslər dairəsinə açıqlanmasına (şəxsi məlumatların ötürülməsi) və ya qeyri-məhdud şəxslər dairəsinin şəxsi məlumatlarla tanış olmasına yönəlmiş istənilən hərəkətlər, o cümlədən şəxsi məlumatların kütləvi informasiya vasitələrində elan edilməsi, informasiya-kommunikasiya şəbəkələrində yerləşdirilməsi və ya hər hansı digər üsulla şəxsi məlumatlardan istifadə hüququnun təqdim olunması;
    Şəxsi məlumatların transsərhəd ötürülməsi – şəxsi məlumatların xarici dövlətin ərazisinə, xarici dövlətin hakimiyyət orqanına, xarici fiziki şəxsə və ya xarici hüquqi şəxsə ötürülməsi; Şəxsi məlumatların məhv edilməsi – geri qaytarılmaq və gələcəkdə şəxsi məlumatların informasiya sistemində şəxsi məlumatların məzmunu bərpa etmək imkanı olmadan şəxsi məlumatların məhv edilməsinə gətirib çıxaran və (və ya) nəticəsində şəxsi məlumatların maddi daşıyıcılarının məhv olduğu istənilən hərəkətlər.

  3. 3. Operator İstifadəçinin aşağıdakı şəxsi məlumatlarını emal edə bilər:

    Soyad, ad, ata adı;
    Telefon nömrəsi;
    Elektron poçt ünvanı;
    Həmçinin saytda internet-statistika servislərinin (Yandeks Metrika və Quql Analitika və s.) köməyi ilə ziyarətçilər haqqında şəxssizləşdirilmiş məlumatların (o cümlədən “cookie” faylların) toplanması və emalı da yerinə yetirilir.
    Yuxarıda sadalanan məlumatlar bundan sonra Siyasətin mətni boyunca ümumi Şəxsi məlumatlar adı altında birləşdirilib.

  4. 4. Şəxsi məlumatların emal olunmasının məqsədləri

    İstifadəçinin şəxsi məlumatların emal olunmasının məqsədi – mülki-hüquqi müqavilələrin bağlanması, icrası və xitam verilməsi; İstifadəçiyə https://deveducation.com/ veb-saytında mövcud olan servislərdən, informasiya və / və ya materiallardan istifadə hüququnun təqdim olunması; sifariş detallarının dəqiqləşdirilməsi.
    Operator həmçinin İstifadəçiyə yeni məhsullar və xidmətlər, xüsusi təkliflər və müxtəlif hadisələr haqqında bildirişlər göndərmək hüququna malikdir. İstifadəçi istənilən vaxt informasiya məlumatlarını almaqdan imtina edə bilər.
    İnternet-stetistika servislərinin köməyi ilə toplanan İstifadəçilərin şəxssizləşdirilmiş məlumatları İstifadəçilərin saytdakı hərəkətləri haqqında informasiya toplamağa, saytın keyfiyyətini və onun məzmununu yaxşılaşdırmağa xidmət edir.

  5. 5. Şəxsi məlumatların emalının hüquqi əsasları

    Operator İstifadəçinin şəxsi məlumatlarını yalnız onlar İstifadəçi tərəfindən müstəqil olaraq https://deveducation.com/ saytında yerləşdirilmiş xüsusi formalar üzərindən doldurulduğu və / və ya göndərildiyi halda emal edir. İstifadəçi müvafiq formaları doldurmaqla və / və ya öz şəxsi məlumatlarını Operatora göndərməklə hazırkı Siyasətlə razılaşdığını bildirir.
    Operator İstifadəçinin brauzerinin ayarları ilə icazə verildiyi halda İstifadəçi haqqında şəxssizləşdirilmiş məlumatları emal edir (“cookie” fayllarının saxlanması və JavaScript texnologiyasının istifadəsi qoşulmuş olduqda).

  6. 6. Şəxsi məlumatların toplanması, saxlanması, ötürülməsi qaydası və digər emal növləri

    Operator tərəfindən emal olunan şəxsi məlumatların təhlükəsizliyi şəxsi məlumatların qorunması sahəsində qüvvədə olan qanunvericilik tələblərinin tam həcmdə yerinə yetirilməsi üçün lazım olan hüquqi, təşkilati və texniki tədbirlərin reallaşdırılması yolu ilə təmin olunur.

Bizim internet-sayt icrası məcburi olan qanunvericilik aktına – Məlumatların qorunması üzrə ümumi Reqlamentə (GDPR), (Qərar (ЕС) 2016/679) uyğun olaraq idarə olunur. Hazırkı Əsasnamə GDPR tələblərinə uyğun olaraq tərtib olunub.

Bizim məlumatların qorunması siyasətimiz aşağıdakı prinsiplərə əsaslanır:

  • Şəxsi məlumatların emalı qanuni, vicdanlı və şəffaf qaydada həyata keçirilməlidir;
  • Şəxsi məlumatların toplanması yalnız müəyyən olunmuş, birmənalı və qanuni məqsədlə yerinə yetirilməlidir və verilənlərin bu məqsədlərə cavab verməyən əlavə emalını nəzərdə tutmur;
  • Şəxsi məlumatların toplanması lazımi qaydada, yerində aparılmalı və yalnız həmin məlumatların toplandığı məqsəd üçün tələb olunan məlumatlarla məhdudlaşdırılmalıdır;
  • Şəxsi məlumatlar dəqiq olmalı, zəruri hallarda yenilənməlidir;
  • Qeyri-dəqiq şəxsi məlumatların emal məqsədindən asılı olaraq dərhal silinəcəyinə və ya düzəliş ediləcəyinə zəmanət verən bütün ağlabatan təbdirlər görülməlidir;
  • Şəxsi məlumatlar elə saxlanmalıdır ki, verilənlərin subyekti həmin verilənlərin toplanmasının məqsədlərinə nail olmaq üçün tələb olunan müddətdən artıq müddət ərzində eyniləşdirilməsin;
  • Bütün şəxsi məlumatlar onların məxfiliyi və qorunub saxlanması təmin ediləcək qaydada saxlanmalıdır;
  • Verilənlərin subyektləri şəxsi məlumatlardan istifadə, onları dəyişmə və silmə, emalını məhdudlaşdırma, emala etiraz etmə hüququna, eləcə də verilənləri köçürmə hüququna malik olmalıdır.