Вадим Гонцов

İlhamçı

Vadim Gontsov
Bioqrafiya

İstedadlı müəllim, proqramçı, rəhbər – Vadim Qontsov bütün bunları özündə cəmləşdirirdi. PT sahəsində yolunu Vadim 1995-ci ildə “Vesna” radiozavodunda (Dnepropetrovsk ş.) başlamışdır. Burada o, verilənlər bazasının işlənib hazırlanması və dəstəklənməsi ilə məşğul olurdu. Növbəti addım “VedicSoftware” şirkətində (Xerson ş.) Senior proqramçı və komanda rəhbəri qismində iş idi.

1997-ci ilin avqust ayından 2001-ci ilin oktyabr ayına qədər – Maharishi University of Management`də informatika fakültəsinin dekanı və baş mühazirəçi vəzifələrində çalışmışdır.

“IT Step” şirkətində müəllimlik fəaliyyətini davam edərək, C, C++, Database Development, Visual C ++, Visual Basic, JavaScript üzrə mühazirələr oxuyurdu.

Türkiyəyə köçüb, “ETA Bilgisayar Programlari” şirkətində işləmək – Vadimin həyatında yeni mərhələ oldu. 4 ildən artıq müddət ərzində Senior proqramçı, IT-analitik və IT-arxitektor kimi çalışmışdır.

2007-ci ildə Ukrayna, Dnepropetrovsk şəhərinə qayıdaraq, “ISD” şirkətində Senior proqramçı və IT-arxitektor kimi fəaliyyətinə davam etdi.

“SoftServe” şirkətindən aldığı təklif yenidən müəllimlik fəaliyyətinə başlamaq qərarını möhkəmləndirdiyinə görə, Vadim burada 3 ildən artıq layihə meneceri, təhsil mərkəzinin texniki rəhbəri, koordinatoru olmuş və mühazirəçi kimi çalışmışdır.

Böyük təcrübə və geniş bilik spektri Vadimə tamamilə yeni səviyyəyə çıxmaq imkanı yaratdı – onun istənilən layihəni müstəqil olaraq hazırlamaq və başqalarına da bunu öyrətmək üçün bacarıq və səriştəsi var idi.

2012-ci ilin sentyabr ayında Vadim Qontsov IT mütəxəssisləri hazırlamaq üçün “MCpp Zone” adlı təhsil mərkəzi layihəsinə start verdi. O, müxtəlif istiqamətlərdə proqramlaşdırma kurslarını aparır, mütəxəssislərin görüş dairəsini və biliklərini genişləndirir, onlar üçün yeni imkanlar açırdı.

2013-cü ildən 2014-cü ilə qədər Vadim “VBRdev” şirkətində IT arxitektor və məsləhətçi, eləcə də layihə rəhbəri qismində bacarıqlarını artırırdı.

2016-c ildə “ORT-Dnepr” tədris mərkəzinin bazasında “Təhsil və işədüzəlmə” layihəsinə start verildi və Vadim Qontsov buraya müəllim qismində dəvət olundu. Sonradan o, layihələr üçün komandalar formalaşdırdı ki, onların nəticələri hər kəsi təəccübləndirdi – effektivlik gözlənən nəticələri əhəmiyyətli dərəcədə üstələyirdi.

İki ildən az müddət ərzində tədris mərkəzinin proqramçı və test edici ixtisasları üzrə 200 yaxın məzunu oldu. Mühazirələri dinləyən uşaqlar yaxşı hazırlıq əldə edirdi, tədrisə qeyri-standart yanaşma şagirdlərə texniki sahəyə dair biliklərdən daha çox şey verirdi, bu əsl həyat məktəbi idi. Vadim Qontsov tələbələrdə öyrənmək və hər bir yeniliyə hazır olmaq bacarığını aşılamaqla onların həyatını birdəfəlik dəyişdi.

Seçilmiş proqram və güclü texniki baza sayəsində kursun məzunları IT proqramlaşdırma sahəsində işə düzəlmək üçün yüksək şans əldə etdilər.

“MCpp Zone” şirkətində və “ОРТ” mərkəzində müəllimlik fəaliyyəti ilə yanaşı Vadim “WizardsDev” şirkətində CEO qismində çalışırdı.

Öz işinə və müəllimliyə çox vaxt sərf etməklə adi IT kurslardan daha artıq bir şey yaratmağa çalışırdı. Hər bir tələbənin potensialını açmaqla, təkrar-təkrar sübut edirdi ki, insan təsəvvür etdiyindən daha çoxuna qadirdir.

“ – Olmaq istəyirsənsə? – Ol!” – Vadim Qontsov öz tələbələrini məhz bu cür ilhamlandırırdı.

Hər hansı məsələni müzakirə etmək tələb olunduqda mütləq buna vaxt tapırdı. İşlə bağlı məqamlarda və ona işləyən dəlillər gətiriləndə şirkətdə çalışan uşaqların istədiyini əldə etməsi üçün əlindən gələni əsirgəmirdi. Heç vaxt Rəis-İşçi məsafəsi saxlamazdı, istənilən zaman ona yaxınlaşıb, dostca söhbət etmək olardı. Mükəmməl koç, müəllim, ilk növbədə isə - insan idi. Heç vaxt aldatmazdı. Şirkət üçün canını belə əsirgəmirdi, bəlkə də buna görə əməkdaşlar arasındakı çox sıx və dostca münasibət var idi. Hər zaman şən və nikbin olduğuna, və bu enerjini ətrafındakı hər kəsə ötürə bildiyinə görə Vadimə təşəkkür edirəm.
Natalya Lısak Manual QA
Vadim mənə inanmaqla və şans verməklə, bütün həyatımı dəyişdi və buna görə mən ona sonsuz dərəcədə minnətdaram. O, geniş qəlbə və böyük ürəyə sahib idi. Hələ ilk dəfə telefonla danışarkən qeyri-ordinarlığı ilə məni heyran etdi və hər görüşümüzdə, xüsusən hər dərsdə də heyran etməyə davam edirdi. Əlbəttə, kurs çox çətin, gecələr isə yuxusuz idi, lakin kursun sayəsində mənim həyata baxışım dəyişdi. Bundan başqa, Vadim bizə çox şeyi – dinləməyi və eşitməyi, komanda kimi işləməyi və bir-birimizlə ümumi dil tapmağı öyrətdi... Buna görə ona daima minnətdar olacağam.
Yevgeniya Lisovol Automation QA
Əsl kompaniya ruhlu adam idi, istər kursda, istərsə də kursdan kənarda hər zaman açıq və özü kimi idi.
Vlad Qonçenko FrontEnd Developer
Həddən artıq ciddi idi, lakin bunun səbəbi özünü doğruldurdu – o bizi özü üçün tərbiyə edirdi. Həm bizdən, həm də işimizdən əmin olmaq üçün.
Maks Fursenko Automation QA
Mənim üçün Vadim ustad və müəllim olub və belə də qalacaq. O mənə dinləməyi və eşitməyi, əvvəllər görə bildiyimdən daha çoxunu görməyi və daha çox şeyə qadir olduğumu anlamağı öyrətdi. Vadim hər zaman insanlara onların təsəvvür etdiyindən daha çoxunu etmək üçün şans verirdi. Hər birimizin həyatda Şansa ehtiyacı var. Vadim – bu Şansı mənə bəxş edən inşa oldu. Buna görə ona daima minnətdar olacağam.
İrina Volovelskaya Project Manager
Vadim mənim üçün çox şey etdi, o mənə inandı və peşəyə “göndəriş” olan bilik verdi. Vadimin təqdimatında Java – proqramlaşdırma dilini öyrənməkdən qat-qat çox demək idi.
Aleksey Parokonnıy .NET Developer
Çox sayda mükəmməl mütəxəssisi ətrafında birləşdirmiş, bizim şəhərdə bütöv bir IT ailəsini yaratmış gözəl insan və müəllim.
Anton İvanov Java Developer
Açıq qəlbli, çox yaxşı və mehriban insan. Qeyri-standart düşüncə tərzinə və yumor hissinə malik biri.
Lyudmila Rodionova Manual QA
Vadim öz işinin peşəkarı idi. Demək olar ki, bütün vaxtını təhsil layihəsi üzərində işləməyə həsr edirdi. Uzun-uzun məruzələri bir nəfəsə oxuyur, araya zarafat qatırdı. Tələblərin hamısı uğurun nə olduğunu və onu necə əldə etmək lazım olduğunu xatırlamalıdır. Belə təəssürat yaranırdı ki, fasilə ona yox, bizə lazım idi. Fasilə zamanı belə sonsuz sayda mövzuda söhbətlər edirdi. Onun erudisiyası və tamamilə müxtəlif elm sahələrində dərin biliklərə malik olması bizi heyran edirdi. Hər zaman ətrafındakı insanların problemləri ilə maraqlanır, bizim qüsurlarımıza anlayışla yanaşırdı. Hər kəsə qayğı və şəfqətlə yanaşırdı. Məktəbin inkişaf etdirilməsi ilə bağlı möhtəşəm planları var idi. Onları məhz onun həyata keçirə biləcəyindən əmin idik. Ən işgüzar, parlaq şəxsiyyətlər ilk olaraq bizi tərk edir...
Yuliya Radoş Student
Mən lazım olan vaxtda lazım olan yerdə olanlardan biri olduğuma görə çox xoşbəxtəm. Eşitdiyim ilk sözü: “Boş vaxtım nə qədər çox olsa, bir o qədər çox şeyi çatdıraram”, - onun devizi idi. Vadim yaşamağı bacarırdı, həyatı sərf etmirdi. Daima diqqət mərkəzində, auditoriyada, ofisdə, birgə tədbirlərdə olardı. Düşünürəm ki, onun barəsində “istənilən kompaniyanın qəlbi idi” demək, heç deməməyə bərabərdir. Vadim həmişə birbaşa insanın qəlbinə baxır və hər şey və hər kəs üçün vaxt tapırdı. O – öz pozitivini, təbəssümünü və ən yaxşı bacardığını paylaşan, qarşılığında isə heç nə istəməyən insan idi.
Anastasiya Subbotina Manual QA